Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Pasiyent Təşkilatlarının III Respublika Forumunda iştirak edib

30-12-2023 1459 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Pasiyent Təşkilatlarının III Respublika Forumunda iştirak edib

Dövlət tibb müəssisələrinə dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində müasir yanaşmaları təbliğ etmək və genofondumuzun sağlam olması məqsədilə yaradılmış Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu keçirilib.

Çıxış zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov Ombudsmanın pasiyentlərin sosial-hüquqi müdafiəsi istiqamətində gördüyü işlər, o cümlədən insan hüquqları arasında mühüm yerlərdən birini tutan sağlamlığın qorunması hüququnun daha səmərəli təmini məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi maarifləndirmə sahəsindəki fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra dövlət tibb müəssisələrində çalışan həkim mütəxəssislər və qeyri- hökumət təşkilatlarının rəhbərləri tərəfindən müxtəlif aktual mövzular üzrə təqdimatlar edilib, suallar cavablandırılıb.