Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı Dövlət Miqrasiya Xidməti ilə birgə Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti təlim keçirib

16-11-2022 370 dəfə oxunub
Ombudsman Aparatı Dövlət Miqrasiya Xidməti ilə birgə Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti təlim keçirib

Ombudsman Səbinə Əliyeva tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının uşaq hüquqları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində təlim təşkil edilib. 

Ombudsmanın nümayəndəsi Turan Cahangirova tədbirdə çıxış edərək, milli uşaq strategiyaları, miqrant uşaqlarla bağlı beynəlxalq sənədlərin müddəaları, Ombudsmanın miqrantların hüquqlarının müdafiəsi sahəsində müstəqil məhkəmədənkənar hüquqi-müdafiə mexanizmi kimi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, regionlarda miqrant uşaqların vəziyyətinin monitorinqi, xarici ombudsmanlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsindəki fəaliyyəti və bu fəaliyyətin müsbət nəticələri barədə məlumat verib.

İnteraktiv şəkildə davam edən təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onların sualları cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.