Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən erkən nikah və məişət zorakılığına qarşı mübarizəyə dair tədbir keçirilib

26-12-2022 299 dəfə oxunub
Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən erkən nikah və məişət zorakılığına qarşı mübarizəyə dair tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi və Qusar Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi, məişət zorakılığı və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib. Qusar peşə liseyində keçirilmiş tədbirdə yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.

Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tədbirdə çıxışı zamanı erkən nikahların məişət zorakılığının tərkib hissəsi olduğunu bildirərək, bu cür nikahların yaratdığı hüquqi, psixoloji və tibbi fəsadlar barədə məlumat verib. O, ölkəmizdə erkən nikahların qarşısının alması üçün qanunvericilik bazasının mövcud olduğunu qeyd edib, bununla bağlı görülən işlərdən danışıb.

Tədbir mövzu ətrafında müzakirə ilə davam etdirilib.