Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncədə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual müsabiqə keçirilib

26-12-2022 307 dəfə oxunub
Gəncədə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual müsabiqə keçirilib

Ombudsmanın Qərb Regional Mərkəzinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Humanitar Kolleci, Gəncə Tibb Kollecinin tələbələrinin iştirakı ilə intellektual müsabiqə keçirilib.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxışı zamanı təhsil müəssisələri arasında insan hüquqları mövzusunda təşkil edilmiş müsabiqələrin, maarifləndirmə tədbirlərinin tələbələrin insan hüquqlarının müdafiəsi sahəsində biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Müsabiqədə birinci yerə Azərbaycan Dövlət Aqrar Universitetinin “Promotey” komandası, ikinci yerə  Azərbaycan Texnologiya Universitetinin “Xəmsə” komandası, üçüncü yerə Gəncə Tibb Kollecinin “Zəfər” komandası layiq görülüb.