Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında ilin yekunlarına həsr olunmuş iclas keçirilib

22-12-2022 300 dəfə oxunub
Ombudsman Aparatında ilin yekunlarına həsr olunmuş iclas keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 2022-ci ilin yekunlarına dair iclas keçirib.

Aparatın kollektivinin iştirak etdiyi tədbirdə Ombudsman Səbinə Əliyeva ölkədə insan hüquqları sahəsində cari ildə həyata keçirilmiş islahatlardan, Ombudsman Aparatının insan hüquqlarının daha efektiv müdafiəsi və təmini məqsədilə Müvəkkil tərəfindən görülmüş işlərdən danışıb.

Daha sonra S. Əliyeva kollektivə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Həmrəylik Gününün tarixindən bəhs edən Ombudsman Vətən müharibəsindəki birliyimizin, gənclərimizin öz canları bahasına müdafiə edərək geri qaytardığı işğal altındakı torpaqlarımızdakı abadlıq və quruculuq işlərinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Ombudsman tədbirdə ilin yekunları ilə bağlı məsələlərə də toxunub. O, kollektivin birgə əməyi sayəsində inan hüquqlarının daha səmərəli müdafiəsi, habelə Ombudsmanın mandatının genişləndirilməsi sahəsndə əldə edilmiş bir sıra nailiyyətlər barəsində fikir bildirib. 

Daha sonra Aparatın müxtəlif şöbə və sektorları Ombudsmana yekunlaşmaqda olan 2022-ci il ərzində görülən işlərdən, və qarşıdan duran məsələlər haqqında məlumat verib.