Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəki şəhərindəki dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

12-11-2022 398 dəfə oxunub
Şəki şəhərindəki dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya və Şəki Qarışıq Tipli Uşaq Evinə plan üzrə başçəkmələr keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı müəssisələrin psixoloq, tibb, istirahət, loqoped, yataq, əmək və sinif otaqlarına, mətbəxə, yeməkxanaya, ərzaq anbarına, oğlanlar və qızlar üçün yataqxanalara, sanitar qovşaqlara, hamama, camaşırxanaya, idman zalına və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara baxış keçirilib.

Başçəkmənin gedişində uşaqlarla görüş keçirilib, onlara Uşaq Hüquqları Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verilib və sualları cavablandırılıb.

Yekunda müəssisələrin rəhbərliyinə və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı tövsiyələr verilib.