Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbir keçirib

22-12-2022 377 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayonunun Yeni Suvagil kəndində yerli icra və yerli ozünüidarəetmə orqanlarının əməkdaşlarının, sakinlərin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu”  mövzusunda tədbir keçirilib.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, fiziki, psixi, cinsi zorakılıq və ya iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərlə müşaiyət olunan məişət zorakılığının ölkəmizdə də problem olaraq mövcud olduğunu və Ombudsman tərəfindən bu məsələnin diqqət mərkəzində saxlandığını bildirib. Çıxış zamanı qeyd olunub ki, məişət zorakılığının qarşısının alınmasında, o cümlədən onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsində qabaqlayıcı tədbir olaraq hüquqi maarifləndirmə xüsusi rol oynayır.

Daha sonra “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın məqsədi, istiqamətləri və əsas prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.