Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, regionlarda şəhid ailələrinə ziyarətlər davam etdirilir.
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri İsmayılov Ceyhun Abbas oğlunun, Dünyamalıyev Elşən Mübariz oğlunun və Məmmədov Kərim Namil oğlunun ailələrini ziyarət ediblər.
Görüşlər zamanı Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə veteranlarının hüquqlarının təmin olunması sahəsində Ombudsman tərəfindən həyata keçirilən fəaliyyətdən danışılıb, həmçinin şəhid ailələrinin qanunvericilikdən irəli gələn hüquqları barədə məlumat verilib.