Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Şimal Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Qurbanov Elvin Elmar oğlunun, Ağaquliyev İlkin Saməddin oğlunun və Məmmədov Cəlil Qəhrəman oğlunun ailələrini ziyarət ediblər.
Görüşlərdə Ombudsman tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə veteranlarına, onların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşıldığı qeyd olunub, bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.