Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirilib

12-11-2022 274 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirilib

Ombudsmanın regional mərkəzləri tərəfindən əhatə etdikləri rayon və şəhərlərdə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr –Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Ombudsmanın Şimal Regional Mərkəzibu münasibətlə Quba Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyi ilə birgə tədbirlər təşkil edib.Tədbirlərdə şəhid ailələri, qazilər, fəal gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Gəncə İdman liseyində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş bayram tədbirində iştirak edib. Tədbirə 44 günlük Vətən müharibəsi ilə yanaşı,Birinci Qarabağ müharibəsi və İkinci Dünya müharibəsi veteranları da qatılıblar.Tədbirin sonunda müharibə veteranları və Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Zəfər Gününə həsr edilmiş bayram tədbirində iştiraka görə lisey rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Ombudsmanın Cənub Regional Mərkəzində də Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəziisə bu əlamətdar günlər münasibətilə Zaqatala rayonunun Lahıc kəndində, Şəki Dövlət Regional  Kollecində, Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində müəssisə, idarə və təşkilatların əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının, sakinlərin, müəllim və tələbələrin iştirakı ilə tədbirlər keçirib.

Tədbirlərdə çıxışlar zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun tarixə yazdığı şanlı qələbə haqqında danışılıb. İşğaldan azad edilmiş tarixi torpaqlarımızda üçrəngli milli bayrağımızın dalğalanmasının hər bir azərbaycanlının qəlbində qürur hissi doğurduğu qeyd olunub.

Bundan başqa, iştirakçılara Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi müharibə cinayətləri,insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması ilə bağlı Ombudsmanın  fəaliyyəti haqqında məlumat verilib.