Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı BMT-nin Şərqi Avropa və Mərkəzi Asiyada Biznes və İnsan Hüquqları üzrə 3-cü Regional Forumunda iştirak edib

12-11-2022 274 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı BMT-nin Şərqi Avropa və Mərkəzi Asiyada Biznes və İnsan Hüquqları üzrə 3-cü Regional Forumunda iştirak edib

İstanbulda BMT-nin Şərqi Avropa və Mərkəzi Asiyada Biznes və İnsan Hüquqları üzrə 3-cü Regional Forumu keçirilib.

17 ölkədən 59 nümayəndənin iştirakı ilə keçirilmiş beynəlxalq tədbirdə BMT-nin Biznes və İnsan Hüquqları üzrə növbəti 10 il üzrə Yol Xəritəsinin təqdimatı olub.

Forumda məruzəçi qismində iştirak edən Ombudsman Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov “10+ Yol Xəritəsi”nin və Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərin ölkələr üzrə implementasiyasında milli insan hüquqları təsisatlarının, o cümlədən ombudsmanların rolu barədə çıxış edib. R.Novruzov bu sahədə Milli Fəaliyyət Planının qəbul edilməsinin əhəmiyyətini vurğulayıb və Yol Xəritəsinin tətbiqi ilə bağlı təkliflərini bildirib.

Forumda ombudsman təsisatlarının bu sahədə mandatlarının genişləndirilməsi və regional fəaliyyət planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.