Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

20 Noyabr - Ümumdünya Uşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar İnsan Hüquqları üzrə Müvəkkillə görüşüblər

11-11-2022 292 dəfə oxunub
20 Noyabr - Ümumdünya Uşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar İnsan Hüquqları üzrə Müvəkkillə görüşüblər

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsində əhalinin həssas kateqoriyasına aid bir qrup uşağın müxtəlif qurumlara səfərləri və rəhbər şəxslərlə görüşləri təşkil edilir.

Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan, uşaqların erkən yaşlardan idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özünə inam hissinin artırılmasına dəstək məqsədi daşıyan növbəti belə görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə keçirilib.

Görüş zamanı uşaqlar İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının fəaliyyəti barədə geniş məlumatlandırılıb, eləcə də Səbinə Əliyeva ilə birgə idarəetmə prosesində fəal iştirak edərək, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı maraqlı təklif və təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, məktəb icmaları, ictimaiyyət nümayəndələri arasında maarifləndirmə işi aparmaq, eyni zamanda, uşaqların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına töhfə vermək məqsədilə həyata keçirilir.