Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri ilə görüşüb

16-12-2022 268 dəfə oxunub
Ombudsman Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri ilə görüşüb

Ombudsman Səbinə Əliyeva Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Zak və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova ilə görüşüb.

Qonaqları salamlayan Ombudsman Səbinə Əliyeva miqrasiya proseslərinin tənzimlənməsində insan hüquqları və azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla və digər tərəfdaşlarla, o cümlədən MSİBM ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki qurum arasında mövcud əlaqələrin genişləndiyini bildirib. Xüsusilə Ombudsman Aparatının tərəfdaş olduğu “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində davam edən tədbirləri yüksək qiymətləndirib.

MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Zak həyata keçirilən birgə işlərdən, səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

Görüşdə miqrasiyanın müxtəlif aspektləri üzrə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.