Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları Zəfər Günü ərəfəsində İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Anım mərasimi zamanı S.Əliyeva çıxış edərək, şəhidlərin ailə üzvlərinə başsağlığı verib, səbir diləyib. O, qəhrəman və rəşadətli ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.
Ombudsman Vətən müharibəsində Zəfər qazanılmasında şəhidlərimizin müstəsna xidmətlərinin olduğunu vurğulayaraq, onların Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlarını bildirib.
Ombudsman və Aparatın əməkdaşları Vətən müharibəsi şəhidlərinin ruhlarını dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər düzüblər. Şəhidlərin əziz ruhuna dualar oxunub.