Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbirlər keçirib

15-12-2022 370 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb, Şimal-Qərb, Şimal və Cənub Regional Mərkəzləri Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə 25 noyabr-10 dekabr tarixlərində bütün dünyada keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına qoşulublar. Ombudsmanın regional mərkəzləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM) barədə maarifləndirməyə dair tədbirlər üzrə Fəaliyyət Planına əsasən, DİM-in 5-ci məqsədinin təşviqi istiqamətində bu mövzuda silsilə hüquqimaarifləndirmə tədbirləri təşkil ediblər.

Ombudsmanın Qərb Regional Mərkəzi, Göygöl Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzininbirgə təşkilatçılığı ilə Göygöl rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.

Növbəti maarifləndirici tədbir Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindənmüəllim və tələbələrin iştirakı iləŞəki Tibb Kollecindətəşkil olunub.

Ombudsmanın Şimal Regional Mərkəzi də bu beynəlxalq kampaniyaya qoşularaq, Quba Rayon İcra Hakimiyyəti və Quba Rayon Gənclər və İdman İdarəsiilə birlikdə Quba Dövlət Sosial-İqtisadi Kollecində və Quba şəhər Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə maarifləndirmə tədbirləri keçirib. İctimaiyyət nümayəndələrinin, şagirdlərin və gənclərin təmsil olunduğu tədbirlərin sonunda mövzu ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər hüquqi-maarifləndirici tədbir Ombudsmanın Cənub Regional Mərkəzinin, Astara Rayon Heydər Əliyev Mərkəzinin və AstaraDövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində Astara Dövlət Rəsm Qalereyasının şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışları zamanı iştirakçılara  “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının məqsədləri, qadın hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlər və qəbul edilmiş milli qanunvericilik aktları, habelə milli fəaliyyət planları barədə məlumat veriblər. Bundan başqa, Ombudsman tərəfindən qadın hüquqlarının müdafiəsi, o cümlədən zorakılığa məruz qalmışqadın və uşaqların hüquqlarının təmini ilə bağlı həyata keçirilən işlər də diqqətə çatdırılıb.