Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı media ilə əməkdaşlıq üzrə beynəlxalq təcrübəyə dair təlimdə iştirak edib

07-11-2022 337 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı media ilə əməkdaşlıq üzrə beynəlxalq təcrübəyə dair təlimdə iştirak edib

Media Təhlil Mərkəzi,  Medianın İnkişafı Agentliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Britaniyanın Media Cəmiyyətinin vitse-prezidenti, London Şəhər Universitetinin professor Barni Cons tərəfindən qurumların səlahiyyətli nümayəndələrinin mətbuatla əlaqələr üzrə peşəkar bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.

Azərbaycanda ilk dəfə keçirilən master-klas formatlı təlimdə “BBC” də uzun müddətli təcrübəyə malik olan B.Cons tərəfindən iştirakçılara mətbuatla əlaqələrin effektiv təşkili, böhran vəziyyətlərinin idarə olunması ilə bağlı ətraflı məlumat verilib.

Təlimdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin əməkdaşı Şəhla Aslanova iştirak edib.

Üç gün davam edən təlim çərçivəsində iştirakçılara mətbuatla əlaqələrin daha səmərəli təşkili, habelə fərdi bacarıqların inkişafı ilə bağlı praktik tapşırıqlar verilib. Həmçinin Britaniyadan olan mütəxəssislər onlayn bağlantı vasitəsilə təlimə qoşularaq təqdimatlar edib, iştirakçıların suallarını cavablandırıblar.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim  edilib.