Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

12-12-2022 11075 dəfə oxunub
Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

S.Əliyeva çıxışında Ulu Öndərin hakimiyyətə  qayıdışından sonra müstəqil Azərbaycanın bütün sahələrdə nail olduğu irəliləyiş, o cümlədən ölkəmizin beynəlxalq arenada tanıdılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasının, iqtisadi inkişafın və hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin uğurlu strategiyasının dayandığı qeyd olunub.

Bununla yanaşı, milli hərbi kadrların formalaşmasına göstərilən diqqət, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, insan hüquqları sahəsində dövlət proqramlarının təsdiq olunması, Ombudsman təsisatının yaradılması və bütün bunların insan hüquq və azadlıqlarının təmini baxımından əhəmiyyəti nəzərə çatdırılıb.

S.Əliyeva  ölkəmizdə milli və dini azlıqların mehriban şəraitdə yaşadıqlarını, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük önəm verildiyini vurğulayaraq, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

Müvəkkil Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu siyasət nəticəsində Azərbaycanın qalib ölkəyə çevrildiyini bildirib.