Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirib

03-12-2022 263 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri tərəfindən 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbirlər təşkil olunub.

Ombudsmanın Qərb Regional Mərkəzinin, Azərbaycan Texnologiya Universitetinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laborotoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində tələbələrin geniş iştirakı ilə “QİÇS-lə mübarizənin tibbi və hüquqi aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin sonunda iştirakçılara QİÇS-lə mübarizə məzmunlu maarifləndirici bukletlər paylanılıb, həmçinin QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laborotoriyasının mobil test avtomobilində könüllü testləşmə aparılıb.

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Peşə liseyi ilə birgə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Ombudsmanın Şimal Regional Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Quba Dövlət Sosial İqtisadi Kollecində Ümumdunya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi isə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyası ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında tədbir keçirib.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri tədbirlərdə çıxışları zamanı dünyada bu günün qeyd olunmasının məqsədləri, habelə ölkəmizdə bu istiqamətdə həyata keçirilən mübarizə tədbirləri barədə məlumat veriblər. “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, o cümlədən İİV-lə yaşayan şəxslərin hüquq və  vəzifələri diqqətə çatdırılıb.

Çıxışlarda həmçinin iştirakçılara İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində Ombudsmanın fəaliyyəti, bu mövzuda təşkil edilən maarifləndirici tədbirlər, Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıq barədə məlumat verilib.