Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qaçqın statusu almış şəxslərin övladları üçün tədbir təşkil edilib

05-11-2022 1617 dəfə oxunub
Qaçqın statusu almış şəxslərin övladları üçün tədbir təşkil edilib

Ombudsman Aparatı tərəfindən ölkəmizdə olan miqrant uşaqların hüquqlarının səmərəli müdafiəsi və təşviqi məqsədilə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq davam etdirilir.

Ombudsman Səbinə Əliyeva tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində qaçqın ailələrdən olan uşaqlar və onların valideynlərinin iştirakı ilə tədbir təşkil olunub.

Uşaqların hüquqi maarifləndirilməsi, onların təhsili, tərbiyəsi, ahəngdar inkişafına dəstək verilməsi məqsədini daşıyan tədbirdə hər iki qurumun nümayəndələri çıxış ediblər.

Ombudsmanın nümayəndəsi Turan Cahangirova tədbirdə çıxış edərək, uşaqların mülki, iqtisadi, sosial, mədəni və digər hüquqlarının qorunması sahəsində ölkədaxili və beynəlxalq sənədlərdə təsbit olunmuş müddəalar, hüquq-müdafiə mexanizmləri və prosedurları barədə danışıb.

Bundan başqa, Ombudsmanın mandatı və fəaliyyəti barədə məlumat verilib, valideyn və uşaqları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Daha sonra tədbirin gündəliyinə uyğun olaraq uşaqlar üçün “Bakı Zooloji Parkı”na ekskursiya təşkil olunub.