BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı,Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbirlər çərçivəsində 15-16 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim təşkil ediləcək.
Təlimin məqsədi yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaqdır.
Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçiləcək təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təlimə qoşulmaq istəyən 14-18 yaş arası hər kəs buradan qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün son tarix: 7 noyabr 2022-ci il