Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman erkən nikah, narkomaniya və zorakılığa qarşı mübarizəyə dair tədbirdə iştirak edib

01-12-2022 11071 dəfə oxunub
Ombudsman erkən nikah, narkomaniya və zorakılığa qarşı mübarizəyə dair tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva erkən nikah, narkomaniya və zorakılığa qarşı mübarizəyə dair tədbirdə iştirak edib.

Tədbir zamanı Vətən müharibəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra tədbir iştirakçılarına erkən nikah, narkomaniya və zorakılığa qarşı mübarizə, həmçinin məişət zorakılığı haqqında geniş məlumat verilib. 

Tədbirdə çıxışı zamanı Səbinə Əliyeva iştirakçıları salamlayaraq, tədbirin təşkilatçılarına təşəkkür edib. 

Ombudsman Daxili İşlər Nazirliyi ilə birgə İşçi Qrupu yaradılaraq narkomaniyaya qarşı mübarizə aparılmasının vacibliyini qeyd edib. S. Əliyeva yeni növ kimyəvi narkotik maddələrin insanlar, o cümlədən ailələr üzərində yaratdığı mənfi təsirlərdən və onların vurduğu zərərlər barəsində danışıb. 

Həmçinin qeyd edilib ki, dövlət qurumları ilə cəmiyyət arasında körpü rolunu oynayan Ombudsman narkomaniya ilə mübarizə sahəsində preventiv tədbirlərin görülməsində fəal iştirak edir və vurğulayıb.