Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva “Altın Kadın” mükafatına layiq görülüb

04-11-2022 314 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva “Altın Kadın” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxsahəli və səmərəli fəaliyyətə, qaçqın və məcburi köçkün soydaşlarımızın, müharibədən zərər görmüş mülki əhalinin pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq arenada davamlı olaraq gördüyü işlərə, o cümlədən Ombudsman təsisatının effektiv fəaliyyətinin təşkilindəki xidmətlərinə görə Türk Dünyası Qadın Platformunun “Altın Kadın” mükafatına layiq görülüb.

Mükafatın təqdimat mərasimində millət vəkilləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. 

Təqdimat mərasimində Ombudsman Səbinə Əliyeva “Altın Kadın” mükafatına layiq görüldüyünə görə təşkilatçılara təşəkkür edərək, Azərbaycan qadınının tarix boyu hər zaman mərd və məğrur olduğunu, vətənə layiq qəhrəman övladlar böyütdüyünü vurğulayıb.

Ombudsman Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizi, qəhrəmancasına vuruşan qazilərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən Azərbaycan qadınlarını və bütün Azərbaycan xalqını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə təbrik edib.