Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın regional mərkəzlərinin əməkdaşları şəhid olmuş hərbi qulluqçularımızın ailələri və müharibə veteranları ilə görüşləri müntəzəm olaraq davam etdirir.
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Nağıyev Şahlar Nüsrət oğlunun, Məmmədov Ramal Məhəmməd oğlunun, Həsənov Sahib Azər oğlunun, Hümbətov Nürəddin İlqar oğlunun, Mirzəyev Hüseyn Elsevər oğlunun və Namazov Elməddin Nəsib oğlunun ailələrinə baş çəkib, şəhidlərin valideynləri və digər ailə üzvləri, həmçinin qazilərlə görüş keçiriblər.
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olmuş Səmədov İsmayıl Məhəmməd oğlunun, Şirəlizadə Süleyman İlham oğlunun, Bayramov Məmməd Arif oğlunun qəbirüstü abidələri ziyarət edilib, ailə üzvləri ilə görüşlər keçirilib.
Ombudsmanın Cənub Regional Mərkəzinin əməkdaşları şəhid Kazımov Vüsal Kamran oğlu, Səfərov Maarif Mikayıl oğlu, İbayev Elmar Hikmət oğlu, Allahverdiyev Samir Elçin oğlunun anım günləri ilə əlaqədar ailələrinə baş çəkib, məzarlarını ziyarət ediblər.
Ombudsmanın Şimal Regional Mərkəzinin əməkdaşları isə Vətən müharibəsində şəhid olmuş Bayramov Məmməd Arif oğlunun ailəsini ziyarət ediblər.
Vətən müharibəsinin ildönümü ərəfəsində keçirilmiş həmin görüşlər zamanı şəhid ailələrinə və müharibə veteranlarına, onların hüquqlarının təmin olunmasına Ombudsman tərəfindən daim xüsusi diqqət və qayğı ilə yanaşıldığı qeyd olunub.