Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovla görüşüb

28-10-2022 296 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qırğızıstan Ombudsman İnstitutunun 20 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun ombudsmanlarla görüşündə iştirak edib.

Görüş zamanı S.Əliyeva Azərbaycan və Qırğızıstan arasında ümumi mədəni dəyərlərin, çoxtərəfli əməkdaşlıq və dostluq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

Müvəkkil milli insan hüquqları institutları arasında regional və beynəlxalq platformalarda əməkdaşlığın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətin gücləndirilməsinə töhfə verdiyini və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyini qeyd edib.