Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkiblər

28-09-2022 303 dəfə oxunub
Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Anım Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları Ermənistanın cari ilin 12-14 sentyabr tarixlərində törətdiyi hərbi təxribatın qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçularımıza baş çəkiblər. Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, onların fikirləri dinlənilib.

Ombudsmanın nümayəndələri görüş zamanı hərbi qulluqçuların sağlamlıq vəziyyəti ilə maraqlanıblar. Hərbi qulluqçuların müayinə və müalicələrinin təşkili ilə bağlı hər hansı bir çatışmazlıq aşkar olunmayıb.

Görüşdə hərbi qulluqçulara müalicə və ya digər məsələlərlə bağlı problem olduğu halda Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edə biləcəkləri bildirilib.