Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində keçirilən seminarda iştirak edib

27-10-2022 270 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində keçirilən seminarda iştirak edib

Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən Qazaxıstanın Türküstan şəhərində “Türk Dünyasına Baxış - 2040” konsepsiyasına həsr edilmiş seminar keçirilib. Seminarda türk dövlətlərinin nümayəndələri bir araya gələrək sözügedən sənədin müxtəlif aspektlərinin qiymətləndirilməsi və türk dünyasının gələcəyi ilə bağlı təklifləri müzakirə ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova seminarda ölkəmizdə insan hüquqlarının təmini sahəsində görülmüş mühüm işlər, Azərbaycan Ombudsmanının fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası türk dünyasının birliyini və həmrəyliyini daha da gücləndirdi.

2022-ci ildə türk dövlətləri arasında insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradıldığı diqqətə çatdırılıb.

L.Zeynalova Assosiasiya çərçivəsində Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə hibrid təlimlərin həyata keçirildiyini diqqətə çatdırıb, ombudsmanlar arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı yolları və perspektivləri üzrə müzakirələrin davam etdirildiyini bildirib.

Əməkdaşlıq çərçivəsində Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Türkiyənin Ombudsman İnstitutu və İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətləri ilə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insan hüquqlarının pozulması hallarına dair faktaraşdırıcı missiyaların keçirildiyi, toplanmış faktlar əsasında hesabatların hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyi qeyd olunub.

Yekunda türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsinin regional və qlobal problemlərin səmərəli həllinə, sülhün və təhlükəsizliyin qorunmasına töhfə verəcəyi bir daha vurğulanaraq, əməkdaşlığın inkişafı və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.