Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri ATƏT-in tədbirində çıxış edib

28-09-2022 264 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri ATƏT-in tədbirində çıxış edib

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən insan ölçüsü üzrə konfransda iştirak edir.

A.Səfixanlının Anım Gününə təsadüf edən çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. O, iki il öncə ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qalması, mülki əhalinin yaşadığı ərazilərin atəşə tutulması nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi faktlarını diqqətə çatdırıb. 

Çıxış zamanı beynəlxalq təşkilatların, habelə ATƏT-in beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarına biganə qalmamasına çağırış edilib.

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına imkan yarandığı, lakin onların qayıdışı ilə bağlı bir sıra mühüm problemlərin olduğu qeyd olunub. Bu manelərdən birincisi kimi bütün sosial obyektlərin, yaşayış binalarının dağıdılması, ikincisi isə mina problemi olduğu vurğulanıb. 

A.Səfixanlı Ermənistanın Azərbaycanın sülh təklifinə cavab verməməsi, əksinə ərazilərimizi minalamaqda davam etməsi faktlarına diqqət çəkərək, ATƏT və digər beynəlxalq təşkilatların bu pozuntulara reaksiya verməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Azərbaycan Ombudsmanının faktaraşdırıcı missiyaları, toplanmış faktlar əsasında hazırladığı hesabatlar və beynəlxalq təşkilatlara bununla bağlı etdiyi müraciətlər diqqətə çatdırılıb.

Ombudsman Aparatının rəhbəri, eyni zamanda, tədbirin moderatorunu ikili standartlara yol vermədən hər bir iştirakçıya çıxış üçün bərabər imkanlar yaratmağa dəvət edib.