Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Beynəlxaq Miqrasiya Təşkilatı tərəfindən birgə informativ broşür hazırlanıb

24-10-2022 11102 dəfə oxunub
Ombudsman Aparatı və Beynəlxaq Miqrasiya Təşkilatı tərəfindən birgə informativ broşür hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illiyi münasibətilə həyata keçirilən tədbirlər və Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “İnsan hüquqları və miqrasiya” adlı broşür hazırlanıb.

Metodik vəsaitdə sistemli şəkildə miqrasiya prosesləri iştirakçıları olan fiziki şəxslərin subyektiv hüquq və vəzifələri, onların hüquqi vəziyyətinin tənzimlənməsi, hüquqi müdafiə mexanizm və prosedurları barədə məlumatlar əks olunub.

Miqrantların effektiv şəkildə məlumatlandırılması, miqrasiya qanunvericiliyinin pozulmasının qarşısının alınması məsqədilə hazırlanmış bu broşür beynəlxalq sənədlərə, dövlət daxili qanunvericiliyə, habelə qaçqın statusu,vətəndaşlıq və readmissiya məsələlərinə və digər rəsmi sənədlərə istinadən hazırlanıb.

Vəsaitin bir fəslində məhkəmədən kənar müstəqil hüquq müdafiə mexanizmi olan Ombudsman barədə miqrantlar üçün faydalı məlumatlar qeyd edilib.

Broşürün Azərbaycan və ingilis dillərində versiyaları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz.

"İnsan hüquqları və miqrasiya" mövzusunda broşür (Azərbaycan dilində)

"İnsan hüquqları və miqrasiya" mövzusunda broşür (ingilis dilində)