Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Bakı Beynəlxalq Konfransı zamanı Birgə Bəyannamə qəbul edilib

21-10-2022 11107 dəfə oxunub
Bakı Beynəlxalq Konfransı zamanı Birgə Bəyannamə qəbul edilib

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının yekununda Birgə Bəyannamə qəbul edilib.

Konfrans iştirakçıları digər məsələlərlə yanaşı, müharibə cinayətləri, sosial-iqtisadi və mədəni infrastrukturun tamamilə dağıdılması, ərazilərin minalarla çirkləndirilməsi, mülki əhalinin həyat və sağlamlığı, biznesin inkişafı üçün ciddi təhlükə yaradan vandalizm aktlarına qarşı mübarizənin labüdlüyünü vurğulayıblar. Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması məqsədilə beynəlxalq müstəvidə birgə mübarizə aparılması barədə razılığa gəliblər.

Bəyannamənin tam mətni ilə buradan tanış ola bilərsiniz.