Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb

26-09-2022 282 dəfə oxunub
Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburq şəhərində rəsmi səfərdədir.

Səfər çərçivəsində Ombudsman Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüş keçirib.

Görüş zamanı S.Əliyeva bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq, bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib. Çıxış zamanı Ombudsmanın Aparatının və regional mərkəzlərinin işinin təkmilləşdirilməsi istiqamətində son illərdə aparılmış islahatlar da nəzərə çatdırılıb.

Daha sonra Ombudsman 30 ilə yaxın müddətdə ölkəmizin Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərimizin pozulmuş hüquqları barədə danışıb. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək  məlum olmaması faktına toxunub. 

Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilərimiz, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb. 

Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb.

Yekunda S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə inandığını bildirib.

Avropa Şurasının Baş katibi çıxışı zamanı milli insan hüquqları təsisatları ilə əməkdaşlığın əhəmiyyəti, habelə Ombudsman Aparatının əməkdaşlarının bacarıqlarının artırılması istiqamətində birgə əməkdaşlığın rolu barədə danışıb. M.Buriç Ombudsmanın çoxşaxəli fəaliyyətini müsbət qiymətləndirdiyini, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı verilmiş təkliflərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.