Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ilk maarifləndirmə tədbiri keçirmişdir

12-01-2024 1805 dəfə oxunub
Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ilk maarifləndirmə tədbiri keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda ilk maarifləndirmə tədbiri keçirilib. Tədbirdə hər iki qurumun əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin demokratiyanın əsas meyarı olduğunu və hər bir vətəndaşın bu prosesə məsuliyyətlə yanaşmalı olduğunu, seçki prosesslərində kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm vəzifələri qeyd edib və tədbir iştirakçılarına Komissiya tərəfindən müvafiq dövlət qurumları ilə birgə seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barəsində geniş məlumat verib. 

Ombudsman Səbinə Əliyeva MSK ilə birgə paytaxt və regionları əhatə edərək həyata keçiriləcək maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə həyata keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının, üzərimizə düşən vəzifələrin daha aydın izah olunması məqsədini daşıdığını vurğulayıb.

S.Əliyeva, həmçinin qeyd edib ki, hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması dövlət hakimiyyəti orqanlarına demokratik və azad seçkilər yolu ilə öz münasibətini bildirməsidir və bu proses xalqımızın və demokratik hüquqi dövlət olan dövlətimizin həyatında da mühüm əhəmiyyət kəsb edir. Ombudsman habelə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının məhz demokratik və ədalətli seçkilər vasitəsilə formalaşdırıldığını bildirib. O da bildirilib ki, Ombudsman təsisatı digər hüquqlar kimi seçki hüquqları da daxil olmaqla, vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlər görür, ölkəmizdə seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətini öyrənir, eləcə də Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edir. 

Ombudsman seçki hüququnun daha səmərəli təmini məqsədilə hər bir kəsin, o cümlədən əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün şəraitin yaradılması, gözdən əlilliyi olan seçicilərin Brayl əlifbası ilə yazılmış trafaretlər-seçki bülletenləri vasitəsilə səs vermələrinə yaradılmış imkanların genişləndirilməsinin xüsusi önəm daşıdığını, eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə bütün video-çarxların alt yazılı hazırlanması təcrübəsinin davam etdirilməsini, maarifləndirmə məqsədilə mövzu ilə bağlı daha çox videoçarxların çəkilməsini seçki hüququnun təmini baxımından zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov çıxış edərək növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosessisndə aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. A. Səfixanlı həmçinin müşahidəçilik institutunun seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin könkret ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verdiyini vurğulayıb, Ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.