Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

07-10-2022 342 dəfə oxunub
Ombudsman Aparatı VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərginin keçirilməsində məqsəd əhali arasında mütaliə mədəniyyətinin təşviqi, yazıçılar və oxucular arasında görüşlər üçün platformanın yaradılması, ünsiyyət və təcrübə mübadiləsi vasitəsilə gənc yazıçıların bilik və bacarıq səviyyələrinin artırılmasından ibarətdir.

16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisənin təmsil olunduğu sərgidə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da ənənəvi təcrübəni davam etdirərək maraqlı stendlə təmsil olunub. Stenddə müharibə və postmüharibə dövründə Ombudsmanın həyata keçirdiyi fəaliyyətə dair hesabatlar, informasiya əldə etmək hüququ haqqında maarifləndirici bukletlər də daxil olmaqla təsisatın müxtəlif dillərdə hazırlanmış nəşrləri nümayiş olunur.

Bundan başqa, sərgi iştirakçıları üçün Ombudsmanın fəaliyyəti ilə bağlı maarifləndirici təqdimat keçirilib, informasiya əldə etmək hüququ və 916 Çağrı Mərkəzi barədə videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, 5 gün davam edən sərgi-yarmarkada çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin iştirakı nəzərdə tutulub. 

Hər kəsi sərgiyə gəlməyə və Ombudsman Aparatının stendində nümayiş etdirilən nəşrlərlə tanış olmağa çağırırıq!