Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Latviyada rəsmi səfərdədir

05-10-2022 276 dəfə oxunub
Ombudsman Latviyada rəsmi səfərdədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Latviya Respublikasının paytaxtı Riqa şəhərinə rəsmi səfərə gedib.

S.Əliyeva səfər çərçivəsində Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində olub. Ombudsman səfirliyin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad edib.

Latviya səfəri çərçivəsində S.Əliyeva qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri İnete Lelite və İluta Leys ilə görüş keçirib.

Görüşdə Azərbaycanda qadın hüquqlarının təmini istiqamətində görülən işlər, Ombudsman tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verilmiş təklif və tövsiyələr barədə danışılıb.

Azərbaycan Ombudsmanı Ermənistanın ölkəmizə qarşı uzun illər davam etdirdiyi təcavüzkar siyasətin nəticələrindən qadınların da əziyyət çəkdiyini, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş, işgəncəyə məruz qalmış dinc sakinlər arasında qadınların da olduğunu nəzərə çatdırıb. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, Ermənistanın bugünədək taleləri barədə məlumat vermədiyi dörd minə yaxın soydaşımız arasında da çoxsaylı qadın və uşaqların olduğu vurğulanıb. Ombudsman əsir və girov götürülmüş həmin azərbaycanlılar arasında BQXK tərəfindən sağ olduğu təsdiqlənmiş 54 nəfərdən 6-sı qadın olmaqla 33 nəfərin daha sonra qətlə yetirilməsinin üzə çıxdığını diqqətə çatdırıb.

Latviyanın qadın hüquq müdafiəçiləri görüşlərdə fəaliyyət istiqamətləri, qadınlara dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Hüquq müdafiəçiləri bu sahədə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın çox vacib olduğunu bildiriblər.

Ombudsman daha sonra Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Romans Naudinşlə görüş keçirib. Görüşdə insan hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif məsələlər, ombudsman təsisatları ilə parlamentlər arasında əlaqələrin səmərəli qurulmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

S.Əliyeva növbəti görüşünü Latviyanın Ombudsman təsisatında keçirib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri, şikayətlərə baxılması qaydası ilə bağlı məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı müzakirə aparılıb.

Azərbaycan Ombudsmanı çıxışında təsisatın çoxşaxəli fəaliyyətindən danışıb, qanun layihələrinin insan hüquqları baxımından təhlili, illik məruzədə öz əksini tapan təklif və tövsiyələrlə bağlı məlumat verib.