Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Özbəkistanda keçirilən qlobal konfransda iştirak ediblər

04-10-2022 262 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Özbəkistanda keçirilən qlobal konfransda iştirak ediblər

UNESCO və Özbəkistan Respublikasının təşkilatçılığı ilə Daşkənd şəhərində Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilmiş “Süni intellekt, elektron idarəetmə və məlumat əldə etmək” mövzusunda qlobal konfrans keçirilib.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova həmin konfransda iştirak ediblər.

Lamiyə Zeynalova “İnformasiya əldə etmək haqqında qanunlar və onların icrası sahəsində tərəqqinin ölçülməsi” adlı 4-cü paneldə təqdimatla çıxış edərək, ölkəmizdə informasiya əldə etmək azadlığının daha yaxşı təmin olunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. O, Ombudsman təsisatının da “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməklə mühüm bir mexanizm kimi bu nailiyyətlərin qazanılmasına töhfə verdiyini bildirib.

Çıxış zamanı konfrans iştirakçılarına Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin və monitorinqin həyata keçirilməsi, bu hüququn pozulması halları ilə bağlı protokolların tərtib olunması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyəti barədə geniş məlumat verilib.