Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb və Şimal-Qərb Regional Mərkəzlərinin əməkdaşları şəhidlərin dəfn mərasimlərində iştirak ediblər

15-09-2022 310 dəfə oxunub
Ombudsmanın Qərb və Şimal-Qərb Regional Mərkəzlərinin əməkdaşları şəhidlərin dəfn mərasimlərində iştirak ediblər

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş gizir İmamverdiyev Asiman Mehman oğlunun Gəncə Şəhidlər xiyabanında keçirilmiş dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları isə Ermənistanın həmin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Zaqatala rayonu Yuxarı Tala kənd sakini, leytenant Ömərov Sərxan Mübariz oğlunun dəfn mərasimində iştirak ediblər.

Şəhidlərin ailə üzvlərinə Ombudsman Səbinə Əliyevanın adından başsağlığı verilib.