Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sərhəddəki atışmalar nəticəsində iki mülki şəxs yaralanıb

14-09-2022 314 dəfə oxunub
Sərhəddəki atışmalar nəticəsində iki mülki şəxs yaralanıb

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq Ermənistanın hərbi təxribatı davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində quruculuq işləri ilə məşğul olan mülki şəxslər - Goranboy rayonu Veyisli kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonu Qaraçinar kənd sakini Orucov Arzuman İman oğlu ağır yaralanıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.