Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respubikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya zəng edib.
Telefon danışığı zamanı Ş.Malkoç azərbaycanlı həmkarına ötən gün Ermənistanın təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib. O, şəhidlərə rəhmət diləyərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.