Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İkinci Fəxri xiyabanda Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın dəfn mərasimində iştirak edib.
S.Əliyeva şəhidlərimizin ailə üzvlərinə başsağlığı verib, onlara səbir arzulayıb.
Daha sonra Ombudsman SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyümüş şəhid Səbuhi Əhmədovun hüzr mərasimində iştirak edib.