Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Böyük Qayıdışla bağlı ictimai müzakirədə iştirak edib

06-09-2022 323 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Böyük Qayıdışla bağlı ictimai müzakirədə iştirak edib

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə “Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirilib.

Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak edib.

M.Mahmudov çıxışı zamanı Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı etnik nifrət zəminində və əsassız ərazi iddiaları ilə həyata keçirdiyi hərbi təcavüz və terror siyasəti nəticəsində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş çoxsaylı dinc azərbaycanlı əhalinin  hüquqlarının pozulması faktlarının dünya ictimaiyyətinə çatdırılması sahəsində Ombudsman tərəfindən görülən işlər barədə məlumat verib.

Çıxış zamanı Ombudsman Səbinə Əliyeva və onun dəvəti ilə ölkəmizə səfər etmiş xarici nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdikləri faktaraşdırıcı missiyalar barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, həmin faktaraşdırıcı missiyalar çərçivəsində hazırlanmış müvafiq hesabatların və bəyanatların beynəlxalq təşkilatlara təqdim edildiyi vurğulanıb.