Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

02-09-2022 262 dəfə oxunub
Ombudsmanın Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birlikdə təşkilatçılığı ilə Quba şəhərində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” adlı tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər, tolerantlığın ayrı-seçkiliklə mübarizədə effektiv rolu barədə məlumat verib. Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizi möhkəmləndirdiyini vurğulayan B.Əfəndiyev bu sahədə Azrərbaycan modelinin dünyada  nümunə olduğunu qeyd edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.