Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Zəfər” Yay Məktəbinin bağlanış mərasimində iştirak edib

01-09-2022 364 dəfə oxunub
Ombudsman “Zəfər” Yay Məktəbinin bağlanış mərasimində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “Zəfər” Yay Məktəbinin bağlanış mərasimində çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Ombudsman “Zəfər” Yay Məktəbinin təşkil olunmasını yüksək qiymətləndirdiyini bildirib. O, dövlət tərəfindən şəhid ailələrinin, qazilərin, veteranların, müharibədən zərər çəkmiş  bütün şəxslərin, xüsusilə də uşaqların sosial-hüquqi müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edib.

S.Əliyeva müharibə zamanı və postmüharibə dövründə insan hüquqlarının daha səmərəli təmini istiqamətində Ombudsman Aparatı tərəfindən fəal iş aparıldığını, psixoloq və psixiatrların iştirakı ilə  müharibə veteranlarına və şəhid ailələrinin üzvlərinə, o cümlədən uşaqlara posttravmatik stres mərhələsindəki psixoloji vəziyyətlərinin yaxşılaşmasına yardım etmək və onların normal həyata adaptasiyasını təmin etmək məqsədilə yardım göstərildiyini bildirib.

Bu sahədə tədbirlərin hazırda da davam etdirildiyini diqqətə çatdıran S.Əliyeva uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirilən geniş fəaliyyətdən danışıb.

Ombudsman bu kimi layihələrin  gələcəkdə də ölkəmizin bütün regionlarını əhatə etməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.