Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

16-01-2024 1187 dəfə oxunub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar Gəncədə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Aparat rəhbəri Aydın Səfixanlı müşahidəçilik institutunun əhəmiyyəti, Ombudsmanın və təsisatın bu prosesdəki rolu barədə danışıb. O, Ombudsman təsisatı tərəfindən MSK ilə birgə paytaxt və regionlarda keçirilən maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə təşkil olunduğunu, seçki hüquqlarının və prosedurların daha aydın izah olunması məqsədi daşıdığını vurğulayıb.

A.Səfixanlı, həmçinin Ombudsman təsisatının əməkdaşlarının bir qisminin seçkilərdə müstəqil olaraq müşahidəçi kimi iştirak edəcəyini diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev MSK tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində görülən işlər haqqında məlumat verib, maarifləndirmə tədbirlərinin davam etdirildiyini bildirib.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Müvəkkilin, MSK sədrinin və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.