Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvləri ilə görüşüb

31-08-2022 296 dəfə oxunub
Ombudsman Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvləri ilə görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 Avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü ərəfəsində Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş vətəndaşlarımızın ailə üzvləri ilə görüş keçirib.

Görüşdə Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə əsir və itkin düşmüş, girov götürülmüş 3890 azərbaycanlının taleyi haqqında Ermənistan tərəfinin bu günədək məlumat verməməsinin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olduğu vurğulanıb.

Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər və xarici səfərlər zamanı bu mövzunun mütəmadi olaraq diqqətə çatdırıldığı qeyd olunub.

Müvəkkil qəbul zamanı əsir və itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin problemlərini dinləyib, müraciətlərinin həlli ilə bağlı zəruri addımlar atılacağını bildirib.