Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş mayor Aqşin İbadovun doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edib.
Aqşin İbadov vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid ailəsinin qayğıları ilə maraqlanan Z.İsmayılov Müvəkkil Səbinə Əliyeva tərəfindən şəhid ailələrinin hüquqlarının təmini məsələsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.