Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü ilə bağlı çağırışı

21-08-2022 201 dəfə oxunub
Ombudsmanın Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü ilə bağlı çağırışı

Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur. Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.

Ermənistanın etnik nifrət zəmnində həyata keçirdiyi terror siyasətindən uzun müddət əziyyət çəkərək çoxsaylı insan tələfatları vermiş bir ölkənin Ombudsmanı olaraq, terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, terror qurbanlarının xatirəsini ehtiramla yad edir və dünya ictimaiyyətini terrorizmə qarşı birgə mübarizədə fəal olmağa çağırıram!