Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş tədbirdə çıxış edib

28-07-2022 182 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş tədbirdə çıxış edib

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” adlı dəyirmi masa keçirilib.

Tədbirdə giriş nitqlərindən sonra Ombudsmanın nümayəndəsi Turan Cahangirova “İnsan alverinin qarşısının alınması sahəsində Ombudsmanın fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.

T.Cahangirova ölkə Ombudsmanının sənədsiz miqrantlar, gender əsaslı zorakılıqdan zərərçəkən şəxslər, natamam ailələrdə böyüyən uşaqlar və digər potensial insan alveri qurbanı hesab edilən əhali qruplarının vəziyyətini xüsusi diqqətdə saxladığını qeyd edib. Bundan başqa, Azərbaycan Ombudsmanının miqrant uşaqların və ahılların öz mənşə ölkələrinə təhlükəsiz şəraitdə qayıtması, habelə sığınacaq və reabilitasiya müəssisələrinə yerləşdirilməsi sahəsində müsbət təcrübəsi barədə iştirakçılara məlumat verilib.

Eyni zamanda, Ombudsmanın təşəbbüsü və dəstəyi ilə həssas əhali qruplarına ünvanlanmış pulsuz tibbi, psixoloji, hüquqi yardım aksiyalarının davam etdirildiyi qeyd olunub.

Tədbir mövzuya dair müzakirə ilə davam edib.