Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş hərbi hissə komandirini ziyarət ediblər

28-07-2022 299 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş hərbi hissə komandirini ziyarət ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsarət almış Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu müalicə aldığı tibb müəssisəsində ziyarət ediblər. 

Ombudsmanın nümayəndələri sol ayağı dizdən aşağı amputasiya olunmuş hərbçimizin səhhəti ilə maraqlanaraq, ona şəfa diləklərini çatdırıblar. 

V.İsbəndiyarov vəziyyətini diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirib.