Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış tədbirində çıxış edib

18-07-2022 290 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış tədbirində çıxış edib

Dövlət Miqrasiya Xidmətində Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən və 6 ay davam edən “Miqrasiya Məktəbi-4” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək layihənin məqsədləri, əhəmiyyəti, görülən işlərə dair geniş məlumat verib, layihənin davamlılığı istiqamətində təkliflər səsləndiriblər.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi gənclər siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənc kadrların formalaşması və inkişafı istiqamətində kompleks tədbirlər görülüyünü bildirən Ombudsman miqrasiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının praktiki bilik və bacarıqların artırılması, bu istiqamətdə yüksək ixtisaslı peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib. O, bu məqsədlə Ombudsman təsisatının Dövlət Miqrasiya Xidməti və ixtisaslaşmış beynəlxalq təşkilatlarla ardıcıl birgə işlər görüldüyünü, bu əməkdaşlığın getdikcə daha da səmərəli platformaya çevrildiyini vurğulayıb.

S.Əliyeva, həmçinin miqrasiya axınlarının idarəedilməsi prosesinə konseptual yanaşma, qlobal miqrasiya trendləri, qaçqınların, məcburi köçkünlərin və digər həssas miqrant kateqoriyalarının beynəlxalq hüquq-müdafiə sistemi barədə məlumatlılığın artırılmasının vacibliyini qeyd edib.

Sonda “Miqrasiya Məktəbi-4”-ün tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib,xatirə şəkili çəkilib.

Qeyd olunmalıdır ki, Ombudsman təsisatı dörd miqrasiya məktəbinin hər birinin həyata keçirilməsində yaxından iştirak edib, layihə çərçivəsində təşkil edilən təlimlərdə təsisatın əməkdaşları təlimçi və iştirakçı qismində çıxış ediblər.