
Ombudsman Aparatının əməkdaşları şəhid polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İlqar Mirzəyevin ailəsini ziyarət ediblər.
Görüş zamanı Aparatın əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, Allahdan şəhidə rəhmət diləyiblər.