Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncədə “Gəncin səsi - Gələcəyin səsi” adlı hüquqi-maarifləndirici görüş təşkil olunub

19-01-2024 1538 dəfə oxunub
Gəncədə “Gəncin səsi - Gələcəyin səsi” adlı hüquqi-maarifləndirici görüş təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə Gənclər Evinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün “Gəncin səsi - Gələcəyin səsi” adlı hüquqi-maarifləndirici görüş təşkil olunub.

Prezident seçkilərində ilk dəfə iştirak edəcək gənclər arasında maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunan görüşdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi vurğulanıb, seçki prosesi ilə bağlı Seçki Məcəlləsinin tələbləri diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının seçki prosesi ilə bağlı sualları cavablandırılıb.